"Qırmızı şeytanlar" yenə qələbə qazana bilmədilər

"Qırmızı şeytanlar" yenə qələbə qazana bilmədilər

“Mançester Yunayted” klubu futbol üzrü İngiltərə Premyer Liqasının yeni mövsümündə qələbə üzünə həsrət qalıb. 
Olimpnews.az xəbər verir ki, “manikunyanlar” ikinci turda London səfərindən - “Fulhem”lə oyundan heç-heçə ilə qayıdır -1:1. Matçda hesab 58-ci dəqiqədə Rodriqo Munizin avtoqolu sayəsində açılıb. Lakin 73-ci dəqiqədə Emile Smit-Rove “Fulhem”in bərabərlik qolunu vurub. 
Xatırladaq ki, “qırmızı şeytanlar” ilk turda “Arsenal”a minimal hesabla (1:0) məğlub olmuşdu.