Lənkəranda "Sağlam həyat" layihəsi çərçivəsində tədbir keçirilib

Lənkəranda "Sağlam həyat" layihəsi çərçivəsində tədbir keçirilib

Lənkəranın idman həyatının ötən hər günü maraqlı oyunlarla yadda qalır. 
Olimpnews.az xəbər verir ki, burada keçirilən "Sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbirlərinə də hər dəfə çoxlu idmançı, eləcə də şəhər sakini gəlir. Bu yaxınlara Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Lənkəran şəhər Akademik Zərifə Əliyeva küçəsində yerləşən "Sağlam məhəllə" idman zonasında bu səpkidən olan tədbir olduqca maraqlı alınıb. Tədbirdə  gimnastika, ağırlıqqaldırma, boks, basketbol, futbol, kəndirlə mübarizə və atletika idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Qeyd edək ki, məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, idarənin nəzdində Lənkəran şəhər Uşaq Gənclər-İdman Məktəbinin kollektivi, eləcə də şəhər sakinləri iştirak ediblər.