Futbol üzrə İspaniya La Liqasında ikinci turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, "Valesiya" klubu bu tur "Osasuna"nın qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda vurulan yeganə qolu "Osasuna" klubunun futbolçusu Ante Budimir vurub. Onun 9-cu dəqiqədə vurduğu qol həlledici olub.