Misli Premyer Liqasında ikinci tura yekun vurulur

Misli Premyer Liqasında ikinci tura yekun vurulur

Bu gün futbol üzrə Misli Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma təşkil olunacaq. "Qəbələ" komandası "Zirə"ni qonaq edəcək. Qəbələ şəhər stadionunda keçirilən oyunun start fiti saat 19:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.