"Arsenal" mərkəz müdafiəçisi ilə maraqlanır 

"Arsenal" mərkəz müdafiəçisi ilə maraqlanır 

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Olimpnews.az xəbər verir ki, London təmsilçisi Almaniyanın "Bayer Leverkusen" klubunun 23 yaşlı mərkəz müdafiəçisi Piero Hinkapieni transfer etmək istəyir. "Topçular" futbolçu üçün rəsmi danışıqlar aparır. Oyunçunun sərbəstqalma dəyəri 60 milyon avrodur.