"Udineze" yeni mövsümə bir xalla başladı 

"Udineze" yeni mövsümə bir xalla başladı 

"Udineze" klubu İtalya A Seriyasına heç-heçə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, "Hellas Verona" ilə qarşılaşan Kosta Runyaikin komandası 1:1 hesablı heç-heçəyə razılaşıb. Matçda hesab 53-cü dəqiqədə açılıb. Tomas Kristensen rəqib qapısına yol tapıb. Lakin 73-cü dəqiqədə Suat Serdar qonaqların bərabərlik qolunu vurub. Bununla da hər iki komanda mövsümə bir xalla başlayıb.