"Atletik"dən ardıcıl ikinci qələbə 

"Atletik"dən ardıcıl ikinci qələbə 

İspaniyanın "Atletik" klubu La Liqada növbəti qələbəsini qazanıb. 
Olimpnews.az xəbər verir ki, Ernesto Valverdenin komandası doğma meydanda "Rayon Valyekano"nu minimal hesabla məğlub edib -1:0. 
Matçda vurulan yeganə qolun müəllifi Oihan Sancet olub. O, 66-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına qələbə qazandırıb. Bask təmsilçisi bununla da xal ehtiyatını 6-ya çatdırıb. "Rayon Valyekano" isə üç xalda qalıb.