Çempionlar Liqası: Bu gün Liqa mərhələsinə vəsiqə qazanan ilk komandalar müəyyənləşəcək 

Çempionlar Liqası: Bu gün Liqa mərhələsinə vəsiqə qazanan ilk komandalar müəyyənləşəcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, pley-off mərhələsinin ilk cavab oyunları çərçivəsində üç qarşılaşma təşkil olunacaq. Günün ilk qarşılaşmasında Qazaxıstanın "Kayrat" klubu Şotlandiyanın "Seltik" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz heç-heçə ilə başa çatmışdı. Günün digər oyunları isə saat 23:00-da başlayacaq. Yunanıstanın "Pafos" klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq. Avstriyanın "Şturm Qraz" klubu isə Norveç "Budyo Qlimt"i ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun Norveç təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 
Mərhələnin digər oyunları sabah keçiriləcək.