"Borussiya" növbəti transferini rəsmiləşdirdi 

"Borussiya" növbəti transferini rəsmiləşdirdi 

Almaniyanın Dortmund "Borussiya"sı heyətini yeni futbolçu ilə gücləndirib. 
Olimpnews.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Karney Çukvuemekanı heyətinə cəlb edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Dortmundular ingiltərəli futbolçunun transferi üçün "zadəganlar"a 24 milyon funt-sterlinq ödəyəcək.