“Arılar” baş məşqçidən razı qalıblar 

“Arılar” baş məşqçidən razı qalıblar 

Dortmund "Borussiya"sı baş məşqçi  Niko Kovaçla müqavilənin müddətini artırıb. 
Olimpnews.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, yeni müqavilənin müddəti 2027-ci ilə kimi hesablanıb. 
Qeyd edək ki, 53 yaşlı mütəxəssis ötən qış Dortmund klubuna keçib. Onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 4-cü yeri tutan "arılar" Çempionlar Liqasına vəsiqə qazana bilib.