Serbiya millisinin sabiq yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, "Sassuolo" klubuna pulsuz transfer olunan futbolçu 2026-cı il iyunun 30-na kimi orada qalacaq.
Qeyd edək ki, Matiçin son klubu Fransanın "Lion" klubu olub. Serbiyalı futbolçu “Lion”un heyətində 58 oyun keçirib, cəmi bir qol vurub.
Millinin keçmiş futbolçusu A Seriyasında oynayacaq
