"Arsenal" gənclərindən növbəti rekord

"Arsenal" gənclərindən növbəti rekord

London "Arsenal"ının 15 yaşlı yarımmüdafiəçisi Maks Douman İngiltərə Premyer Liqası matçında iştirak edən ikinci ən gənc futbolçu olub. Olimpnews.az xəbər verir ki, Squawka portalının verdiyi xəbərə görə futbolçu Premyer Liqanın 2-ci turunda "Lids Yunayted"lə oyunda (5:0) meydana çıxıb. Matç günü Doumanın 15 yaş 235 günlük yaşı olub. İngiltərə çempionatında bir matçda iştirak edən ən gənc oyunçu 15 yaş 181 gündə meydana çıxan digər "Arsenal" oyunçusu Ethan Nwaneridir.