Avqustun 23-də Şanxayda keçirlən UFC Fight Night 257 turnirindən sonra reytinq cədvəlində dəyişiklik baş verib.
Olimpnews.az xəbər verir ki, keçmiş amerikalı çempion Aljameyn Sterlinq həmyerlisi Brayan Orteqa üzərində qələbə qazanaraq, ilk beş yüngül çəkidə (65 kq-a qədər) yer alıb.
UFC yüngül çəki reytinqi
Çempion - Aleksandr Volkanovski (Avstraliya)
1. Mövsər Evloyev (Rusiya)
2. Dieqo Lopez (Braziliya)
3. Yair Rodriqes (Meksika)
4. Leron Merfi (Böyük Britaniya)
5. Aljameyn Sterlinq (ABŞ)
6. Arnold Allen (Böyük Britaniya)
7. Brayan Orteqa (ABŞ)
8. Coş Emmet (ABŞ)
9. Yusif Zalal (ABŞ)
10. Jan Silva (Braziliya)