Ekvadorlu müdafiəçi Bundesliqanı tərk edir

Ekvadorlu müdafiəçi Bundesliqanı tərk edir

Leverkuzen "Bayer"inin ekvadorlu müdafiəçisi Pyero İnkapye Londonun "Arsenal" klubuna keçməyə razılaşıb. Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib. Mənbənin sözlərinə görə, futbolçu müqavilənin şəxsi şərtlərindən tam razıdır. Qeyd edək ki, İnkapye 2021-ci ildən “əczaçılar”ın heyətində çıxış edir.