Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, ötən gecə təşkil olunan pley-off mərhələsinin ilk cavab oyunlarından sonra Qazaxıstanın "Kayrat", Yunanıstanın "Pafos" və Norveçin "Budyo Qlimt" komandaları Liqa mərhələsinə alarını yazdırıb. Qazaxıstan təmsilçisi Şotlandiya "Seltik"ini penaltilər seriyasında (3:2) üstələyib. Bu komandalar arasında hər iki oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı. "Pafos" isə iki oyunun nəticəsinə görə (2:1, 1:1) Serbiya "Srvena Zvezda"sını üstələyib. "Budyo Qlimt" isə Norveçdə 5:0 hesablı qələbə qazandığı Avstriyanın "Şturm Qraz" klubuna səfərdə 2:1 məğlub olsa da iki oyunun nəticəsinə görə Liqa mərhələsinə yüksəlib.
Qeyd edək ki, pley-off mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.