Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir

Bu gün futbol üzrə UEFA Avropa Liqasında da Liqa mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gələcək. 

Olimpnews.az xəbər verir ki, günün yeganə matçında Kiprin "AEK Larnaka" klubu Norveçin "Brann" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq qarşılaşmanı niderlandlı Danni Makkelie idarə edəcək. 

Xatırladaq ki, komandaların ilk oyunu Norveç təmsilçisinin 2:1 hesablı qələbəsi yekunlaşmışdı.