Türkiyənin "Beşiktaş" klubu "Yuventus"un mərkəz müdafiəçisi Tiaqo Dyalo transferini rəsmiləşdirib.
Olimpnews.az xəbər verir ki, "qara qartallar" 25 yaşlı futbolçu üçün Turin təmsilçisinə 3,5 milyon avro ödəyəcək. Bu məbləğ 3 mövsüm ərzində ödəniləcək. Müqaviləyə 1 milyon avroluq bonuslar da daxildir.