Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında ilk yarış günü başa çatıb.
Olimpnews.az xəbər verir ki, 71 ölkədən 551 (294 oğlan, 257 qız) cüdoçunun iştirak etdiyi yarışın ilk günü komandamız üçün bir bürünc medalla yadda qalıb. Yeganə medalı komandamıza -50 kq çəki dərəcəsində mübarizə aparan Anar Quliyev qazandırıb. Cüdoçumuz üçüncü yer uğrunda hılledici qarşılaşmada yerli idmançı Svetelin Martinova qalib gəlib. Bu gün mübarizə aparan digər beş cüdoçumuz - Xədicə Abdullayeva, Gülşən Hüseynova (hər ikisi 44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) və Məhəmmədəli Hüsiyev (-55 kq) isə çıxışını medalsız başa vurub.