Bu gün futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunları çərçivəsində azarkeşlər daha 11 oyun izləyəcəklər. Günün ilk oyunu saat 19:00-da başlayacaq Finlandiyanın "KuPS" və Danimarkanın "Midtyulland" komandaları arasında olacaq. Türkiyənin “Samsunspor” komandası Yunanıstanda 2:1 hesabı ilə məğlub etdiyi "Panatinaikos"u qəbul edəcək. Ukraynanın "Dinamo Kiyev" klubu isə İsrailin "Makkabi Təl-Əviv" komandasını sınağa çəkəcək. Bu komandaların ilk oyunu İsrail təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı-3:1. Bolqarıstanın "Ludoqorets" komandası səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Şimali Makedoniyanın "Şkendiya" klubuna qalib gəlməyə çalışacaq.
Xatırladaq ki, ötən gün Norveçin "Brann" klubu Kiprin "AEK Larnaka" komandasına qalib gələrək Liqa mərhələsinə vəsiqə əldə etmişdi.
28 avqust
UEFA Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunları)
Saat 19:00,"KuPS" (Finlandiya) - "Midtyulland" (Danimarka);
Saat 20:30, "Siqma Olomouts" (Çexiya) - "Malmö" (İsveç);
Saat 21:30, "Samsunspor" (Türkiyə) - "Panatinaikos" (Yunanıstan);
Saat 21:30, "Ludoqorets" (Bolqarıstan) - "Şkendiya" (Şimali Makedoniya);
Saat 21:30, PAOK (Yunanıstan) - "Riyeka" (Xorvatiya);
Saat 22:00, "Dinamo Kiyev" (Ukrayna) - "Makkabi Təl-Əviv" (İsrail);
Saat 22:00, "Utrext" (Niderland) - "Zrinski" (Bosniya və Herseqovina);
Saat 22:00, "Genk" (Belçika) - "Lex Poznan" (Polşa);
Saat 22:00, "Yanq Boyz" (İsveçrə) - "Slovan Bratislava" (Slovakiya);
Saat 22:00, FKSB (Rumıniya) - "Aberdin" (Şotlandiya);
Saat 23:00, "Braqa" (Portuqaliya) - "Linkoln Red İmps" (Cəbəllütariq).