Bu gün futbol üzrə UEFA Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanan daha 23 komandanın adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, pley-off mərhələsinin cavab matçında Türkiyə təmsilçisi “Beşiktaş” növbəti mərhələyə vəsiqə uğrunda görüşdə İsveçrənin “Lozanna” komandası ilə qarşılaşacaq. Bu komandaların Lozannada keçirilən ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatmışdı. Qardaş ölkənin digər təmsilçisi “Başakşəhər” isə Rumıniyada "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək. Komandaların İstanbuldakı duelində Rumıniya təmsilçisinin 2:1 hesablı qələbəsi qeydə alınmışdı. Belçika “Anderlext”i isə ilk oyunda 1:1 hesablı heç-heçəyə razılşadığı Yunanıstanın AEK klubu ilə səfərdə qarşılaşacaq. İtaliyanın "Fiorentina" komandası isə ilk oyunda səfərdə 3:0 hesabı ilə qalib gəldiyi Ukrayna "Polesye"si ilə üz-üzə gələcək.
28 avqust
UEFA Avropa Konfrans Liqası
Pley-off mərhələsi (cavab oyunları)
Saat 20:00, "Nuh" (Ermənistan) - "Olimpiya" (Sloveniya)
Saat 20:00, "Fredrikstad" (Norveç) - "Kristal Pelas" (İngiltərə)
Saat 20:00, "Omoniya" (Kipr) - "Volfsberger" (Avstriya)
Saat 21:00, RFŞ (Latviya) - "Hamrun Spartans" (Malta)
Saat 21:00, "Rapid" (Avstriya) - "Dyör" (Macarıstan)
Saat 21:00, "Beşiktaş" (Türkiyə) - "Lozanna Sport" (İsveçrə)
Saat 21:30, "Universitatya Krayova"(Rumıniya) - "Başakşəhər" (Türkiyə)
Saat 21:30, "AZ Alkmaar" (Niderland) - "Levski Sofiya" (Bolqarıstan)
Saat 21:30, CFR (Rumıniya) - "Hekken" (İsveç)
Saat 22:00, "Differdanj" (Luksemburq) - "Drita" (Kosovo)
Saat 22:00, "Brondbyu" (Danimarka) - "Strasburq" (Fransa)
Saat 22:00, AEK (Yunanıstan) - "Anderlext" (Belçika)
Saat 22:00, "Banik" (Çexiya) - "Selye" (Sloveniya)
Saat 22:00, "Arda" (Bolqarıstan) - "Rakuv" (Polşa)
Saat 22:00, "Fiorentina" (İtaliya) - "Polesye" (Ukrayna)
Saat 22:00, "Rayo Valyekano" (İspaniya) - "Neman" (Belarus)
Saat 22:45, "Linfild" (Şimali İrlandiya) - "Şelbörn" (İrlandiya)
Saat 22:45, "Dinamo Tirana" (Albaniya) - "Yagelloniya" (Polşa)
Saat 23:00, "Virtus" (San-Marino) - "Breydablik" (İslandiya)
Saat 23:00, "Servette" (İsveçrə) - "Şaxtyor Donetsk" (Ukrayna)
Saat 23:00, "Legiya" (Polşa) - "Hibernian" (Şotlandiya)
Saat 23:00, "Şamrok" (İrlandiya) - "Santa Klara" (Portuqaliya)
Saat 23:00, "Mayns" (Almaniya) - "Rusenborq" (Norveç)