"Vilyarreal" üçüncü qapıçını yenilədi

"Vilyarreal" üçüncü qapıçını yenilədi

İspaniyanın "Vilyarreal" klubu PSJ-nin qapıçısı Arnau Tenası heyətinə cəlb edib.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2029-cu ilə qədər qüvvədə olacaq sənədə imza atıblar. Yayılan xəbərə görə, Tenasın transfer qiyməti 2,5 milyon avro ilə hesablanıb. 24 yaşlı ispaniyalı qapıçı Paris klubunun heyətində bütün turnirlərdə iki oyun keçirib və üç qol buraxıb. Qeyd olunur ki, Tenas "Villarreal"ın əsas komandasında üçüncü qapıçı kimi iştirak edəcək.