Mançester Yunayted" antirekordları sıralayır

Mançester Yunayted" antirekordları sıralayır

Ötən gün İngiltərə Liqa Kubokunun 2-ci turunda "Qrimsbi Taun"la  oyunda (2:2, 11:12 pen.) uduzaraq, turnirdən kənarlaşan "Mançester Yunayted" daha bir antirekordla yadda qalıb. Olimpnews.az Squawka statistika portalının məlumatına istinadən. xəbər verir ki, “qırmızı şeytanlar” klub tarixində ilk dəfə Liqa Kubokunda ölkənin dördüncü divizionunda çıxış edən klubla bacarmayıb.
Qeyd edək ki, Premyer Liqa mövsümünün əvvəlində Ruben Amorimin başçılıq etdiyi
"mankunian"lar iki oyundan sonra cəmi 1 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.