Futbol üzrə DÇ-2026 seçmə turnirinin sentyabrdakı oyunları ərəfəsində norveçli hücumçu Erlinq Haaland oyun formasındakı soyadına anasının soyadını əlavə etmək qərarına gəlib.
Norveç millisinin mətbuat xidməti 9 nömrəli və "Braut Haaland" qoşa soyadlı yeni oyun dəstinin video təqdimatını keçirib. Bu variantdan ilk dəfə Finlandiya və Moldova milliləri ilə qarşıdakı oyunlarda istifadə ediləcəyi gözlənilir.
Qeyd edək ki, norveçlilər dörd görüşün dördündə qalib gələrək I təsnifat qrupuna başçılıq edirlər.
Yığmanın formasında Haalandın adı fərqli yazılacaq
