Rabio klubu tərk etmək istəmir

Rabio klubu tərk etmək istəmir

"Marsel"in mərkəz yarımmüdafiəçisi Adrien Rabio klubu tərk etmək istəmir.

Olimpnews.az italiyalı jurnalist və insayder Canluka Di Marzionun rəsmi saytında yazdığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi hazırki klubundan razıdır.

Qeyd edək ki, A seriyasının bir sıra klubları Rabionun transferində maraqlı idilər.