UEFA Çempionlar Liqasında oyunların vaxtı dəyişdirildi

UEFA Çempionlar Liqasında oyunların vaxtı dəyişdirildi

UEFA Çempionlar Liqasının final oyunları bundan sonra daha erkən başlayacaq.

Olimpnews.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkas Arena” stadionunda keçiriləcək növbəti finaldan etiabarən start fitinin vaxtı 23:00-dan 20:00-a dəyişəcək.
Qeyd edilir ki, matçın yeni başlama saatı yayım üçün daha əlverişli olacaq və bu, finalın bütün dünyada daha geniş auditoriya cəlb etməsinə kömək edəcək.