Avropa Liqası: Liqa mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşdi 

Avropa Liqası: Liqa mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşdi 

Futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsinə vəsiqə qazanan daha üç komandanın adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, bunlar Danimarkanın "Midtyulland", İsveçrənin "Malmö" və Yunanıstanın "Panatinaikos" komandalarıdır. 
Danimarka təmsilçisi ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "KuPS"u səfərdə də 2:0 hesabı ilə üstələyib. "Malmö" isə Çexiya təmsilçisi "Siqma Olomouts"dan 2:0 üstün olub. Bu komandaların Danimarkadakı oyunu "Malmö"nün 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Panatinaikos" isə Türkiyə təmsilçisi "Samsunspor"la səfərdə qolsuz heç-heçəyə razılaşıb. Yunanıstan təmsilçisi doğma meydanda qazandığı 2:1 hesablı qələbə sayəsində adını liqa mərhələsinə yazdırıb.