"Beşiktaş" Konfrans Liqasında mübarizəni dayandırdı 

"Beşiktaş" Konfrans Liqasında mübarizəni dayandırdı 

Türkiyənin "Beşiktaş" klubu Konfrans Liqasında mübarizəni dayandırdı. 
Olimpnews.az xəbər verir ki, "qara qartallar" doğma meydanda İsveçrənin "Lozanna" klubuna minimal hesabla məğlub olub -1:0. 
Bu komandaların İsveçrədəki oyununda 1:1 hesabı qeydə alınmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə, 2:1 hesablı qələbə qazanan "Lozanna" adını Konfrans Liqasının Liqa mərhələsinə yazdırıb.