"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun finalında "Sietl Saunders"lə oyundan (0:3) sonra aqressiv hərəkətə yol verib. Olimpnews.az xəbər verir ki, Fox Sports saytı 38 yaşlı futbolçunun rəqibin texniki heyətinin üzvlərindən birinə tüpürdüyünü əks etdirən video yayımlayıb. Hazırda klub və liqa əlavə qərarlar qəbul etmək üçün insidentlə bağlı daxili araşdırma aparır.
Suares bu dəfə dişləmədi, tüpürdü
