Fransalı hücumçu icarə əsasında "Tottenhem"ə keçdi

Fransalı hücumçu icarə əsasında "Tottenhem"ə keçdi

İngiltərənin "Tottenhem" klubu Randal Kolo Muaninin transferini yekunlaşdırıb. 

Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, PSJ-də forma geyinən 26 yaşlı hücumçu icarə əsasında London klubunda çıxış edəcək. Fransalı hucumçu cari mövsümün sonuna kimi "mahmızlar"ın uğurları üçün çalışacaq. Müqavilədə sonradan satınalma bəndi də yer alıb.