İngiltərəli cinah hücumçusu Jeydon Sançho "Mançester Yunayted" klubundan ayrılır.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını digər ingilis klubu "Aston Villa"da davam etdirəcək. Futbolçu mövsümün sonuna kimi yeni klubunda icarə əsasında çıxış edəcək.