"Bayer" öz namizədini açıqladı

"Bayer" öz namizədini açıqladı

Bu gün Erik ten Haqı istefaya göndərən Leverkuzen "Bayer"i baş məşqçi postuna ilk namizədinin adını açıqlayıb.

Olimpnews.az "əczaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya klubundan ayrıldıqdan sonra hazırda işsiz olan “Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes Leverkuzen klubuna rəhbərlik edə bilər. Hazırda tərəflər arasında dınışların ilkin mərhələsi başlayıb.

Qeyd edək ki, Bundesliqanın 2-ci turundan sonra "Bayer" cəmi 1 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.