"Mançester Yunayted"in sabiq müdafiəçisi Viktor Lindelöf "Aston Villa"ya keçib.
Olimpnews.az Birmingem klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçli futbolçu 2025-ci ilin iyulunda "mankunianl"ardan ayrıldıqdan sonra azad agent statusu alıb.
Qeyd edək ki, Lindelof 2017-ci ilin iyulunda "Benfika"dan "Mançester Yunayted"ə keçib. Həmin vaxtdan etibarən 284 matçda, 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.