İspaniyanın "Betis" klubu yeni transferini rəsmi oaraq açıqlayıb.
Olimpnews.az xəbər verir ki, La Liqa təmsilçisi mərakeşli dayaq yarımmüdafiəçisi Sofyan Amrabatı heyətinə cəlb edib. Türkiyənin "Fənərbağça" klubunda forma geyinən 29 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Betis" klubunun uğurları üçün çalışacaq. Müqavilədə sonradan satınalma bəndi yer almayıb.