Fransalı müdafiəçi vətəninə qayıtdı

Fransalı müdafiəçi vətəninə qayıtdı

Fransalı müdafiəçi Benjamin Pavar Milan "İnter"indən 1 mövsümlük icarə əsasında "Marsel"ə keçib.

Olimpnews.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun icarə haqqının məbləği 2,5 milyon avro təşkil edib. Müqavilədə futbolçunun transferini sonradan 15 milyon avroya almaq hüququ da nəzərdə tutulub.