"Sevilya" nigeriyalı hücumçu Keleçi İheanaço ilə müqaviləyə xitam verib.
Olimpnews.az xəbər verir ki, 28 yaşlı forvard İspaniya komandasına 2024-cü ilin yayında qoşulsa da, mövsümün ikinci yarısını icarə əsasında İngiltərənin "Midlsbro" klubunda keçirib. "Sevilya"da olduğu müddətdə İheanaço bütün yarışlarda 11 oyunda 3 qol vurub. İheanaçonun transfer dəyəri 4,5 milyon avro olaraq qiymətləndirilir.