UEFA Çempionlar Liqasının Liqa mərhələsinə hazırlığını davam etdirən "Qarabağ" klubu keçmiş futbolçusu Juninyonu yenidən geri qaytarmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, bu ilin yanvar ayında 5 milyon avroya Brazilyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçunun yenidən "Qarabağ"a qayıtması üçün danışıqlar aparılır.
Qeyd edək ki, nadir hallarda oyun şansı tapan və özünü doğrulda bilməyən hücumçu vətənində cəmi 3 dəfə qolla yadda qalıb.
Juninyo yenidən "Qarabağ"a qayıdır
