La Liqa təmsilçisi "Sevilya" yeni transferini ictimaiyyətə açıqlayıb.
Olimpnews.az xəbər verir ki, Əndəlus təmsilçisi Aleksis Sançezi azad agent kimi heyətinə cəlb edib.
36 yaşlı çilili hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksiz Sançez 2011-2014-cü illərdə İspaniya La Liqasının digər təmsilçisi "Barselona"da forma geyinib.
36 yaşlı hücumçu 11 il sonra yenidən La Liqaya qayıdır
