“Australian Open” turnirin qalibi haqqında 5 fakt

“Australian Open” turnirin qalibi haqqında 5 fakt

Dünyada populyar idman növlərindən biri olan tennis üzrə yarışlar həyəcanla izlənilir. Bu növ üzrə keçirilən "Australian Open” (Avstraliya Açıq Çempionatı) turniri çoxlu sayda tamaşaçı toplayır. Yanvar ayında keçirilən "Australian Open” də böyük marağa, eyni zamanda, sensasiyaya səbəb olub. Belə ki, dünyanın ən populyar tennisçisi Rafael Nadal çempionatın final mərhələsində məğlubiyyətlə üzləşib. Bu hadisəni maraqlı edən cəhət isə, ispaniyalı tennisçinin o qədər də məşhur olmayan İsveç tennisçisinə uduzmasıdır. Nadal final mərhələsində Stanislav Vavrinka ilə bacara bilməyib.
Maraqdıdır ki, Rusiyanın "sovsport.ru” idman saytı Vavrinkanın bu tarixi qələbəsinin 5 məqamını açıqlayıb. Həmin məqamları tennissevərlərin diqqətinə çatdırırıq.



1. "Böyük Dəbilqə”də ilk zəfər

Təəccüblü olsa da, Vavrinka "Böyük Dəbilqə” turnirində debüt edib. Buna qədər isveçli tennisçinin ən böyük uğuru 2013-cü ildə keçirilən US Open turnirində yarımfinala qədər irəliləməsi olmuşdu. Bu görüşə qədər 28 yaşlı Vavrinka reytinq cədvəlində 8-ci idi. Rafael Nadalı məğlub etmək isə, Vavrinkaya 2 milyon dollar həcmində mükafat, reytinq cədvəlində 3-cü pilləni qazandırdı.

2."Ənənə pozulmadı”

Məğlubiyyətin seriyasının ardınca fantastik qələbə "Australian Open”ə qədər Nadalla Vavrinka öz aralarında 12 dəfə (ATR turnirləri) qarşılaşmışdılar. Naddal açıq üstünlyə malik idi (12:0). Xüsusilə qeyd etmək lazımdır ki, bu qarşılaşmalarda Vavrinka bir setdə belə, qalib gələ bilməmişdi. Bu "ənənə” yalnız bir dəfə - 2013-cü ilin noyabrında pozulmaq "təhlükəsi” ilə üzləşmişdi. Lakin Londonda keçirilən yekun turniri, azacıq fərqlə olsa belə, Nadalın qələbəsi ilə başa çatıb - 7:6 (7:5, 8:6). 26 yanvar 2014-cü ildə isə Vavrinka nəinki birinci setdə qalib gəldi, həm də karyerası ərzində birinci dəfə Nadaldan xal aldı. O eyni zamanda ispaniyalı tennisçini "Böyük Dəbilqə”ni 14-cü dəfə qazanmaqdan məhrum etdi. Vavrinkaya kuboku 90-cı illərin şöhrətli tennisçisi, amerikalı Pit Samprasın təqdim etməsi simvolik xarakter daşıyırdı. Xüsusi qeyd edək ki, Sampras karyerası ərzində 14 dəfə beynəlxalq turnirlərin qalibi olub. Nadalda isə, bu titulların sayı 13 olaraq qaldı.

3. Federerin tənqid edilməsi
Aralarında olan dostluq münasibətinə, 2008-ci ildə Olimpiya oyunlarında (cütlüklərin yarışında) qazanılan qızıl medala baxmayaraq, Vavrinka 2012-ci ildə Roje Federeri kəskin tənqid edib. O hesab edib ki, Roje Federer "Devis Kuboku”na laqeyd yanaşır. "Roje hər yerdə deyir ki, "Devis Kuboku”nun üçün çox önəmli bir turnirdir. Əslində isə, bu, belə deyil. Tennis fərdi idman növüdür və hər kəs fərdi qələbə üçün mübarzə aparır. Məncə, "Devis Kuboku” hazırda Federer üçün xüsusi əhəmiyyət daşımır. Məni kədərləndirən odur ki, Federer hər şeyi özünə sərf edən formada görməyə alışıb”, - deyə Vavrinka Çexiya mətbuatına bildirib. Maraqlıdır ki, bu tənqiddən sonra yaranan soyuq münasibət isveçlilərin oyununa da öz təsirini göstərib. Belə ki, Federer-Vavrinka cütlüyü 2012-ci ildə keçirilən dünya çempionatında çexlərə məğlub olublar.

4. "Susmaq qızıldır”

İlk baxışdan mehriban və söhbətcil görünən Vavrinka mətbuatla ünsiyyətdən qaçır. 2011-ci ildə "Australian Open” turnirində Uell Menfisi məğlub edən Vavrinka mətbuat konfransına dəvət olunub. Bu, rekord göstəricili, ən qısa mətbuat konfransı sayılır.Konfransda iseçli yalnız bir suala: "Kişi tennisində niyə avropalılar hökmranlıq edirlər? Sualına belə cavab verib: "Mən bilmirəm. Bağışlayın, bilmirəm”.

5. "Qızım mənim uduzmağımı istəyir”

Avstraliya açıq çempionatında çexiyalı Tomaş Berdıxı məğlub edən Vavrinka deyib: "Mənim doğma qızım Aleksi bütün turnirlərdə uduzmağımı istəyir. Çünki uduzmağım onun üçün evə tez qayıtmağım deməkdir. 3 yaşlı qızım başa düşmür ki, yarışda qalib gəlmək mənim üçün hansı əhəmiyyət daşıyır”.
Nəhayət, yanvarın 26-da balaca Aleksinin əzablarına son qoyuldu. Stanislav Vavrinka bu dəfə evinə gec, amma kubokla qayıtdı. İndiyə qədər karyerasında qazandığı ən qiymətli mükafatla.