"Komo" Delle Alli ilə yollarını ayırdı 

"Komo" Delle Alli ilə yollarını ayırdı 

İngiltərəli futbolçu Dele Alli İtaliyanın "Komo" klubundan ayrılıb. Olimpnews.az xəbər verir ki, A Seriyası təmsilçisi futbolçu ilə  müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 
Bir zamanların potensiallı oyunçusu, hətta "Qızıl top" mükafatına namizədlərdən hesab edilən  hücumameyilli yarımmüdafiəçi hazırda azad agent statusundadır.
Qeyd edək ki, 29 yaşlı futbolçu "Komo forması ilə cəmi bir oyunda forma geyinib və qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.