Leverkuzen "Bayer"inin idman direktoru Saymon Rolfes Erik ten Haqın komandanın baş məşqçisi təyin edilməsinə görə səhv etdiyini etiraf edib. "Onu buraya dəvət etmək mənim səhvim idi. Etiraf etməliyik ki, əməkdaşlıq ümidlərimizi özünü doğrultmadı", -deyə "Kicker" nəşri Rolfesdən sitat gətirib
Qeyd edək ki, 4 ay çəkən təyinatda niderlandlı mütəxəssisin rəhbərliyi altında "Bayer" 3 rəsmi oyun keçirib. Onlardan birində qalib gəlib, birində heç-heçə edib, birində isə uduzub.
"Əməkdaşlıq ümidlərimiz özünü doğrultmadı"
