Musiala zədəsi barədə danışdı 

Musiala zədəsi barədə danışdı 

"Bayern Münhen" klubunun futbolçusu Camal Musiala Klublararası Dünya Çempionatında aldığı ciddi zədə barədə danışıb. Olimpnews.az xəbər verir ki, futbolçu ayağının yaxşı olduğunu və bərpa prosesinin plan üzrə davam etdiyini qeyd edib. 
"Artıq əl çubuqlarına ehtiyacım yoxdur. Lakin heç nəyi tələsdirmək istəmirəm. Psixoloji cəhətdən ilk bir neçə həftə mənim üçün asan olmadı. Amma daim əsəbiləşsəm, heç nə dəyişməz. Bunu da yaxşı başa düşürəm. İndi diqqətimi vaxt ayıra bilmədiyim işlərə yönəltmək istəyirəm. Beləliklə, meydançaya qayıdacağım vaxta qədər zaman daha sürətlə keçəcək”, - deyə futbolçu qeyd edib. 
Qeyd edək ki, futbolçu klublararası dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində PSJ klubu ilə oyununda zədələnib.