İtaliyanın "İnter" klubu yeni transferi Manuel Akancini rəsmi olaraq ictimaiyyətə açıqlayıb.
Olimpnews.az xəbər verir ki, İtaliya təmsilçisi "Mançester Siti"də forma geyinən 30 yaşlı isveçrəli müdafiəçini mövsümün sonuna kimi icarəyə götürüb.
Futbolçunun transferi 2 milyon avro icarə ödənişinə başa gəlib. Müqavilədə həmçinin, 15 milyon avro qarşılığında sonradan satınalma bəndi də yer alıb.
Futbolçu yeni klubunda 25 nömrəli forma altında çıxış edəcək.
Akanci rəsmi olaraq "İnter"də



