"İnter" klubunun yeni müdafiəçisi Manuel Akanci İsveçrə millisinin mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
Olimpnews.az xəbər verir ki, son həftələrin çox gərgin keçdiyini deyən futbolçu menecerinin ona müxtəlif təkliflər təqdim etdiyini, amma heç birinin onun üçün maraqlı olmadığını deyib. ""İnter"dən təklif alanda dərhal hazır olduğumu bildirdim. Amma məni almaq üçün əvvəlcə bir müdafiəçini satmalı idilər. Mənim üçün əsas prioritet yüksək səviyyədə oynamaq idi. "İnter"in təqdimata ehtiyacı yoxdur. Son üç ildə iki dəfə Çempionlar Liqasının finalında oynayıb. Tez-tez Skudetto qazanır, kubok yarışlarında da çox irəli gedir. Buna görə də ikinci dəfə düşünməyə ehtiyac qalmadı", - deyə Akanci bildirib.
"İkinci dəfə düşünməyə ehtiyac qalmadı"
