"Uşaqlığımın komandasında oynayacağam"

"Uşaqlığımın komandasında oynayacağam"

Türkiyə əsilli almaniyalı futbolçu İlkay Gündoğan “Mançester Siti” azarkeşləri ilə vidalaşıb. 
Klubdan ayrılmaq səbəbinin çox sadə olduğunu deyən futbolçu bu qərarın  mümkün qədər çox oynamaq istədiyi ilə əlaqələndirib. "Futbulu çox sevirəm. Tezliklə 35 yaşım olacaq, amma özümü hələ də yüksək formada hiss edirəm. Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməyə davam edə biləcəyimə inanıram. Amma təkcə bu deyil. Mənim üçün çox böyük mənalar daşıyan bir ölkədə, uşaqlığımın komandasında oynayacağam”.
Qeyd edək ki, İlkay Gündoğan "Qalatasaray" klubu ilə müqavilə imzalayıb.