Villian yenidən Braziliyaya geri döndü

Villian yenidən Braziliyaya geri döndü

Braziliyalı cinah hücumçusu Villian futbolçu karyerasını yenidən vətənində davam etdirəcək. 

Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, "Fulhem"də çıxış edən 37 yaşlı futbolçu 4 il sonra yenidən Braziliyaya qayıdıb. "Qremio" klubu ilə bütün şərtlərdə razılıq əldə edən futbolçu azad agent kimi yeni komandasına qoşulacaq. Braziliyalı futbolçu bu gün tibbi testlərdən keçəcək.

Qeyd edək ki, Villian daha əvvəl 2006-2007 və 2021-2022-ci illər mövsümündə də Braziliyada çıxış edib. O, həmin illərdə "Korintians" klubunun uğurları üçün çalışıb.