"Çelsi"nin keçmiş yarımmüdafiəçisi NQolo Kante Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılmaq istəyir.
Olimpnews.az xəbər verir ki, LEquipe nəşrini verdiyi xəbərə görə, Liqa 1-ə yüksələn "Paris" klubu müdafiəçi ilə yaxından maraqlanıb. Debütantlar yay transfer pəncərəsi zamanı Səudiyyə klubu ilə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Kantenin transfer dəyəri təxminən beş milyon avrodur.