Barselona" müdafiə xəttini təhlil edib

Barselona" müdafiə xəttini təhlil edib

"Barselona" Andreas Kristensen və Ronald Arauxonun klubdan gedəcəyi təqdirdə indidən onların yerini tutacaq müdafiəçiləri təhlil edir.

Olimpnews.az Mundo Deportivo portalına istinadən xəbər verir ki, klubun nümayəndələri “Sportinq”in müdafiəçisi Qonsalo İnasiuya daha çox maraq göstərirlər. “Barselona” həmçinin “Nottingem Forest”dən Murilyo, “Kristal Pelas”dan Mark Quehi, “Palmeyras”ın Luis Benedetti və baş məşqçi Luis Enrikenin etimadını itirdikdən sonra Fransa nəhəngini tərk edə biləcək PSJ-nin futbolçusu Lukas Beraldodan yararlanmaq istəyir.