Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə 26 iyun 2025-ci il tarixində Makedoniyanın Skopye şəhərində yeniyetmələr arasında cüdo idman növü üzrə keçirilən Avropa çempionatında və 26 iyul 2025-ci il tarixində Makedoniyada keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanan Lənkəran rayon sakini Rəsul Əlizadə və onun məşqçi-müəllimi Həsən Əkbərli ilə görüşüb.
İdmançını qazandığı qələbə münasibəti ilə təbrik edib, ona ölkəmizin bayrağını daim yüksəklərə qaldırması üçün növbəti idman qələbələri arzulayan idarə rəisi Teymur Babazadə daha sonra deyib ki, ölkəmizdə, o cümlədən regionlarda qazanılan idman uğurları məhz ölkə rəhbəri, MOİK-in prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsidir. Respublikada idmanın inkişafı üçün yaradılan infrastruktur günü-gündən yenilənir və müasir idman obyektləri tikilib istifadəyə verilir.
Çıxış edən məşqçi-müəllim Həsən Əkbərli görüşə görə təşəkkür edib, ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya idmançılara göstərdiyi yüksək səviyyəli qayğıya görə xüsusi minnətdarlıq edib.
Görüşün sonunda Teymur Babazadə tərəfindən məşqçi-müəllim təşəkkürnaməyə, yetirməsi isə Fəxri fərmana layiq görülüb.