Fransalı məşqçi Zinədin Zidan tezliklə ölkəsinin milli komandasına baş məşqçi təyin olunacaq.
Olimpnews.az "Footmercato" portalına istinadən xəbər verir ki, artıq bu barədə hazırlıqlara start verilib.
Qeyd olunur ki, millinin hazırkı baş məşqçisi Didye Deşamın yığma ilə münasibəti elə də yaxşı deyil.
Məlumat üçün bildirək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid "Real"ına rəhbərlik edib. Bu müddət ərzində Kral Klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.
Qeyd edək ki, Türkiyə mətbuatı bir neçə gün əvvəl Zidanın "Fənərbaxça" klubuna baş məşqçi təyin olunacağı barədə şaiyələr yazmışdı.