"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone La Liqada üçüncü yerlə kifayətlənmək fikrində deyil. O, turnir cədvəlində "Real" və "Barselona"nı qabaqlamaq istəyir. "Mən bilirəm ki, biz qalib gəlməliyik. Bunu dörd ildir ki, bilirəm. "Atletiko" böyüməyə və təkmilləşməyə davam etmək istəyirsə, o zaman qələbə qazanmalıdır. Bilirsiniz ki, 1996, 2014 və 2021-ci illərdə qalib gəlmişik. Artıq vaxtdır, həmin nəticələri təkrarlamaq lazımdır. Rahat olmamağa çalışıram və üçüncü yerin mənim üçün kifayət olduğunu düşünmürəm. Bu, məni sevindirmir. «Real» və «Barselona» bizi gözləyin", - deyə AS nəşrinə verdiyi qısa müsahibədə bildirib. Məlumat üçün bildirək ki,İspaniya La Liqasında ilk üç turdan sonra Madrid “Atletiko”su cəmi iki xal qazana bilib.
""Real" və "Barselona" bizi gözləyin"
